...

ABŞ "seçkilərə müdaxilə"yə görə 13 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb

Dünya xəbərləri Materials 17 Fevral 2018 02:05 (UTC +04:00)
ABŞ xüsusi prokuroru Robert Müller "seçkilərə müdaxilə"yə görə 13 Rusiya vətəndaşı və 3 Rusiya şirkətinə qarşı ittiham irəli sürüb
ABŞ "seçkilərə müdaxilə"yə görə 13 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb

Bakı. Trend:

ABŞ xüsusi prokuroru Robert Müller "seçkilərə müdaxilə"yə görə 13 Rusiya vətəndaşı və 3 Rusiya şirkətinə qarşı ittiham irəli sürüb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında yayılan sənəddə deyilir.

Sənəddə bildirilir: "Təqsirləndirilən şəxslər Birləşmiş Ştatlara zərər vurmaq üçün təxminən 2014-cü ildən bilərəkdən və qəsdən bir-biri ilə əlbir olublar".

Bundan əlavə sənəddə qeyd edilir ki, təqsirləndirilən şəxslər prezidentliyə namizədlər Hilari Klinton, Marko Rubio və Tede Kruze haqqında pis məlumatlar yaymaq, eyni zamanda namizədlər Berni Sanders və Donald Trampı dəstəkləmək istəyiblər.

Xəbər lenti

Xəbər lenti