Bakı. Trend:
Suriaynın şimal-şərqində yerləşən Qamışlı şəhərində terror aktı baş verib.
Trend-in məlumatına görə, terrorçular şəhərin qərbində partlayıcı maddə ilə doldurulmuş avtomobili partladıb. Partlayış nəticəsində 5 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.
Partlayışa görə məsuliyyəti heç bir qruplaşma hələ üzərinə götürməyib.