Bakı. Trend:
İran iki ölkə arasında müdafiə və hərbi əməkdaşlıq haqqında imzalanmış anlaşma memorandumu çərçivəsində İraqı hərbi texnika və avadanlıq ilə təmin etməyə hazırdır.
Trend-in məlumatına görə, bunu İranın Müdafiə Nazirliyində baş tutan görüş zamanı müdafiə nazirinin müavini Hacatullah əl-Qureyşi deyib.
O, bildirib: "İran tərəfi İraqa silah, döyüş sursatı, zirehli texnika və artilleriya da daxil olmaqla hərbi yardım təklif edib. Hər iki tərəf bu təkliflərin öyrənilməsi, onların təsdiq edilməsi və zəruri silah və avadanlıqların seçilməsi üçün hər kateqoriya üzrə ixtisaslaşmış profil komitələrinin yaradılması barədə razılıq əldə edib".