...

“Zeytun budağı”nda zərərsizləşdirilən terrorçuların sayı 2059 oldu

Dünya xəbərləri Materials 26 Fevral 2018 11:36 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2059 nəfərə çatıb.
“Zeytun budağı”nda zərərsizləşdirilən terrorçuların sayı 2059 oldu

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2059 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə SQ Baş Qərargahı xəbər yayıb.

Məlumatda bildirilir ki, son sutkada 41 terrorçu məhv edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti