...

Fransada kəskin soyuqlar - 3 nəfər ölüb

Dünya xəbərləri Materials 27 Fevral 2018 12:23 (UTC +04:00)
Fransada davam edən anomal soyuqlar nəticəsində 3 nəfər həlak olub.
Fransada kəskin soyuqlar - 3 nəfər ölüb

Bakı. Trend:

Fransada davam edən anomal soyuqlar nəticəsində 3 nəfər həlak olub.

Trend-in məlumatına görə, təbiət hadisəsinin qurbanları evsizlər olub.

Kəskin soyuqlar Fransanın bütün ərazisində hökm sürür. Ölkənin şimal və şərq regionlarında mənfi 10 dərəcə, cənub-qərbdə isə mənfi 7 dərəcə şaxta qeydə alınıb.

Proqnozlara əsasən ən soyuq günlər bu gün və sabah qeydə alınacaq. Kəskin hava şəraitinin gələn həftənin əvvəlinədək davam edəcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti