...

Rusiya Türkiyədən nar, badımcan, bibər, balqabaq almağa "da" deyəcək

Dünya xəbərləri Materials 1 Mart 2018 17:15 (UTC +04:00)
Rusiyanın Federal Baytarlıq Nəzarəti Xidməti martın 5-dən Türkiyədən nar, badımcan, bibər, balqabaq və digər tərəvəzlərin idxal olunmasına icazə verəcək
Rusiya Türkiyədən nar, badımcan, bibər, balqabaq almağa "da" deyəcək

Bakı. Trend:

Rusiyanın Federal Baytarlıq Nəzarəti Xidməti martın 5-dən Türkiyədən nar, badımcan, bibər, balqabaq və digər tərəvəzlərin idxal olunmasına icazə verəcək.

Trend-in məlumatına görə, qurum Türkiyədən balqabaqkimilər fəsiləsindən olan digər tərəvəzlərin idxalına qoyulan qadağanın aradan qaldırılmasına qərar verib.

Qeyd edək ki, Türkiyədən bu tərəvəzlərin idxalı 2016-cı ildə qadağan edilmişdi.

Xatırladaq daha öncə Türkiyədən Rusiyaya pomidor idxalına da qadağan qoyulmuşdu ki, daha sonra bu qadağa da aradan qaldırıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti