...

SON DƏQİQƏ! Fransa səfirliyinin yaxınlığında TERROR (YENİLƏNİB)

Dünya xəbərləri Materials 2 Mart 2018 15:41 (UTC +04:00)
Burkina-Fasonun paytaxtı Uaqaduquda Fransa səfirliyinin yaxınlığında terror aktı baş verib
SON DƏQİQƏ! Fransa səfirliyinin yaxınlığında TERROR (YENİLƏNİB)

Bakı. Trend:

Son məumata görə, Burkina-Fasonun paytaxtı Uaqaduquda Fransa səfirliyinin yaxınlığında törədilən terror aktı zamanı 4 terrorçu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, başqa xəsarət alan və ölənlər barədə məlumat hələ verilməyib.

X X X

Burkina-Fasonun paytaxtı Uaqaduquda Fransa səfirliyinin yaxınlığında terror aktı baş verib.

Trend-in məlumatına görə, hadisə şahidləri avtomobildən bir qrup şəxsin çıxaraq atəş açmağa başladığını deyib.

Atəş səslərinin hazırda da eşidildiyi bildirilir.

Fransanın Burkina-Fasodakı səfirliyi öz ölkə vətəndaşlarına müraciət edərək küçəyə çıxmamağa çağırıb.

Hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti