...

Lavrov dünya birliyini Somaliyə köməyə çağırdı

Dünya xəbərləri Materials 3 Mart 2018 14:13 (UTC +04:00)
Məqsəd regionda fəaliyyət göstərən "Aş-Şabab" terror qruplaşması ilə mübarizədir.
Lavrov dünya birliyini Somaliyə köməyə çağırdı

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünya ictimaiyyətini Somali ordusunu möhkəmləndirməyə çağırıb.

Trend-in məlumatına görə, rusiyalı diplomat bəyan edib ki, regionda fəaliyyət göstərən "Aş-Şabab" terror qruplaşması ilə mübarizədə Somali ordusuna və Afrika birliyinə təcili kömək lazımdır.

Lavrov əlavə edib ki, Afrika regionunda narkotik vasitələrin dövriyyəsi, ərazi mübahisələri, dəniz quldurluğu ilə mübarizə hərbi xərclərin artırılmasını zəruri edir.

Bununla yanaşı, rus diplomat xarici ölkələrin də mübarizədə iştirakını vacib sayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti