Bakı. Trend:
Martın 4-də İtaliyada parlamentin hər iki palatasına seçkilər keçiriləcək.
Trend-in verdiyi xəbərə görə, səsvermənin nəticələrinə əsasən ölkənin yeni höküməti formalaşdırılacaq.
İtaliya DİN-in məlumatına əsasən, ölkə ərazisində və onun hüdudlarından kənarda 61 mindən çox seçki məntəqəsi açılıb. Bundan əlavə, İtaliyanın aparıcı vilayətlərindən olan Latsio və Şimali Lombardiyanın sakinləri vilayət şuralarının üzvlərini və bölgə prezidentlərini seçəcək.
Parlamentin aşağı palatasına keçiriləcək seçkilərdə iştirak hüququna ölkənin 18 yaşına çatmış 46,6 milyon vətəndaşı malikdir. Senatorların seçilməsində 25 yaşdan yuxarı 42,8 milyon italiyalı iştirak edə bilər.