...

"Zeytun budağı"nın STATİSTİKASI - 2872 terrorçu öldürüldü, 143 məntəqə azad edildi

Dünya xəbərləri Materials 6 Mart 2018 11:46 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2872 nəfərə çatıb.
"Zeytun budağı"nın STATİSTİKASI - 2872 terrorçu öldürüldü, 143 məntəqə azad edildi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2872 nəfərə çatıb.

Trend-in məlumatına görə, ötən sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 77 üzvü məhv edilib.

Qeyd edək ki, Türkiyə Baş Qərargahının bu gün yaydığı son statistik məlumata görə, əməliyyat çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı isə 143-ə çatıb.

Həmçinin 22 strateji yüksəkliyin də terrorçulardan təmizləndiyi qeyd edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti