...

Pens: ABŞ KXDR-dan denuklearizasiya üzrə konkret addımlar gözləyir

Dünya xəbərləri Materials 7 Mart 2018 02:21 (UTC +04:00)
ABŞ Koreya Xalq Demokratik Respublikasından (KXDR) Koreya yarımadasının denuklearizasiya üzrə konkret addımlar gözləyir
Pens: ABŞ KXDR-dan denuklearizasiya üzrə konkret addımlar gözləyir

Bakı. Trend:

ABŞ Koreya Xalq Demokratik Respublikasından (KXDR) Koreya yarımadasının denuklearizasiya üzrə konkret addımlar gözləyir və vəziyyətin nizamlanmasına dair bütün mümkün variantları araşdırmağa davam edir.

Trend-in məlumatına görə, bu barədə ABŞ vitse-prezidenti Mayk Pensin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Biz bütün mümkün hərəkət variantlarını nəzərdən keçiririk və bizim KXDR-na qarşı mövqeyimiz denuklearizasiya üzrə inandırıcı və konkret addımlar görməyincə dəyişməyəcək".

Vitse-prezidentin sözlərinə görə, Şimali Koreya ilə danışıqların hansı istiqamətdə irəliləməsinə baxmayaraq, Vaşinqton öz qətiyyətliyində möhkəm olacaq: "Birləşmiş Ştatlar və müttəfiqlərimiz onların nüvə proqramına son qoymaq məqsədilə KXDR lideri Kim Çen Inın rejiminə maksimum təzyiq göstərilməsinə hələ də sadiqdir".

Xəbər lenti

Xəbər lenti