Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşməyə razılıq verib.
Trend-in məlumatına görə, bu barədə Cənubi Koreya prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Çon In Yon deyib.
"Prezident Kim Çen Inla may ayınadək göerşməyə razılıq verib", - deyə o bildirib.
Çon In Yon əlavə edib ki, Şimali Koreyaya təzyiq davam edəcək Pxenyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirənədək davam edəcək.