...

İŞİD-in 22 səhra komandiri məhv edilib

Dünya xəbərləri Materials 9 Mart 2018 15:14 (UTC +04:00)
İraqın "Əl-Xaşd-əş-Şabi" hökumətyönlü hərbiləşdirilmiş dəstələri ölkənin şimalında Kirkuk vilayətində İŞİD terror qruplaşmasının 22 səhra komandirini məhv edib.
İŞİD-in 22 səhra komandiri məhv edilib

Bakı. Trend:

İraqın "Əl-Xaşd-əş-Şabi" hökumətyönlü hərbiləşdirilmiş dəstələri ölkənin şimalında Kirkuk vilayətində İŞİD terror qruplaşmasının 22 səhra komandirini məhv edib.

Trend-in məlumatına görə, bu barədə hökumətyönlü hərbiləşdirilmiş dəstənin rəsmi nümayəndəsi Əli Əl-Hüseyni bildirib.

O bildirib ki, "Əl-Xaşd-əş-Şabi" hökumətyönlü hərbiləşdirilmiş dəstələri Ər-Riyad və Əz-Zabda genişmiqyaslı əməliyyatlar keçirib. Əl-Hüseyninin sözlərinə görə, komandirlərdən başqa onlarla silahlı terrorçu da məhv edilib.

Xəbər lenti

Xəbər lenti