Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələri Arktikada təlimlərə başlayıb.
Trend-in verdiyi xəbərə görə, bu barədə HDQ-in rəsmi saytında məlumat dərc edilib.
Bofort dənizində keçirilən təlimlərə həmçinin Böyük Britaniyanın sualtı qayıqları cəlb edilib.
Təlimlərin təfərrüatları barədə məlumat verilmir.