Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Suriyanın şimalındaki Afrin bölgəsində xəstəxanaya aviazərbələrin endirilməsinə dair xəbərləri təkzib edib.
Trend-in məlumatına görə, bu barədə Baş Qərargahın yaydığı bəyanatda deyilir.
Açıqlamada, “Zeytun Budağı” əməliyyatının mülki şəxslərə zərər verilmiyəcək şəkildə həyata keçirildiyi vurğulanıb.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.