...

Fransada silsilə hücumların araşdırılması çərçivəsində daha bir nəfər saxlanılıb

Dünya xəbərləri Materials 25 Mart 2018 22:17 (UTC +04:00)
Fransanın cənubunda silsilə hücumların araşdırılması çərçivəsində daha bir nəfər saxlanılıb
Fransada silsilə hücumların araşdırılması çərçivəsində daha bir nəfər saxlanılıb

Bakı. Trend:

Fransanın cənubunda silsilə hücumların araşdırılması çərçivəsində daha bir nəfər saxlanılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs hücum edən Reduan Lakdimin dostudur.

Qeyd edilir ki, daha əvvəl saxlanılan şəxsdə R.Lakdimin dostu olub.

Qeyd edək ki, martın 23-ü Fransanın cənubunda Od departamentində silsilə hücumlar baş verib. Karkasonda yaşayan 26 yaşlı mərakeşli Reduan Lakdim avtomobil yolunda sürücüyə hücum edib və yaralayıb, onun sərnişinini isə öldürüb. Avtomobili ələ keçirdikdən sonra o, qaçışdan qayıdan bir qrup silahsız xüsusi təyinatlılara atəş açıb və birini yaralayıb.

Sonra o, "Super U" mağazasına gəlib və bir qrup insanı girov götürüb. Fransa polisinin həyata keçirdiyi əməliyyat zamanı Reduan Lakdim zərərsizləşdirilib. Ümumilikdə 3 nəfər həlak olub, 16 nəfər isə yaralanıb. Silsilə hücumlara görə cavabdehliyi İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Xəbər lenti

Xəbər lenti