...

Türkiyə Aİ sərhədlərinin təhlükəsizliyinin qarantıdır

Dünya xəbərləri Materials 26 Mart 2018 16:55 (UTC +04:00)
Türkiyə Avropa İttifaqının sərhədlərinin təhlükəsizliyinin qarantıdır.
Türkiyə Aİ sərhədlərinin təhlükəsizliyinin qarantıdır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Avropa İttifaqı sərhədlərinin təhlükəsizliyinin qarantıdır.

Trend-in məlumatına görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi və İdarə Heyətinin sədr müavini Mahir Ünal deyib.

M.Ünal qeyd edib ki, hazırda Türkiyə eyni vaxtda bir neçə terror təşkilatı ilə mübarizə aparır.

O əlavə edib ki, Ankara Aİ-nin bütün tələblərini yerinə yetirsə də, Avropa İttifaqı Türkiyəyə verdiyi sözü tutmadı və suriyalı qaçqınların ehtiyacını qarşılamaq üçün 3 milyard avronu ayırmadı: "Həmçinin Aİ Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etmədi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti