Bakı. Trend:
Hazırki Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkə ərazisində bir neçə seçki məntəqəsində səslərin ilkin hesablanmasından sonra dövlət başçısı seçkilərində böyük fərqlə liderdir.
Trend-in "RİA Novosti"yə məlumatına görə, hesablanan səslərə görə seçicilərin 90 faizindən artıqı Əbdülfəttah əs-Sisiyə səs verib.
Bildirilir ki, 5 min 934 seçki məntəqəsindən daxil olan İlkin məlumatlara əsasən, 9 milyon 200 min nəfər Əbdülfəttah əs-Sisiyə, 250 min nəfər isə onun rəqibi Mustafa Musaya səs verib.