...

Türkiyədə 3,8 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 29 Mart 2018 07:59 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə 3,8 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri ölkənin paytaxtı Ankara şəhərindən 245 kilometr şərqdə, ocağı isə bir kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti