Bakı. Trend:
ABŞ-ın Kaliforniya ştatının Santa Pola şəhərinin yaxınlığında birmotorlu təyyarə binaya çırpılıb.
Trend-in "ABC News"a istinadən verdiyi məlumata görə, təyyarə qəzadan sonra alışıb. Hadisə nəticəsində təyyarədə olan iki nəfər həlak olub.
Qəzanın səbəbləri məlum deyil, həlak olanların şəxsiyyəti müəyyənləşdirilir.