Bakı. Trend:
Gürcüstanın yeni aviaşitkəti - "Myway Airlines" ilk reysini yerinə yetirib.
Trend-in "Sputnik Qruziya" agentliyinə istinadən verdiyi məlumata əsasən, ilk reys Tbilisi-Tehran olub.
Aviaşirkət gələcəkdə 4 Rusiya şəhərinə - Moskva, Jukovskiy, Sankt-Peterburq və Samara, bundan başqa Təl-Əviv, Dubay, Kiyev, Minsk şəhərlərinə uçmağı planlaşdırır.
"Myway Airlines" Çinin "Hualding Group" şirkəti tərəfindən təsis edilib. Şirkət 2017-ci ilin noyabrında Gürcüstana dəyəri 43,4 milyon dollardan artıq iki təyyarə idxal edib. Hələlik, aviaşirkətin parkı iki "Boeing-777"dən ibarətdir. Üçüncü təyyarənin daxil olması iyul ayının əvvəli, dördüncünün isə - dekabrda gözlənilir.