Bakı. Trend:
Nigeriyanın şimal-şərqindəki Mayduquri şəhərində həyata keçirilən terror hücumu nəticəsində 18 nəfər həlak olub, 80-dən çox şəxs yaralanıb.
Trend-in məlumatına görə, hücum ötən gecə Pasxa bayramının qeyd olunması zamanı baş verib.
Hücumun "Boko Haram" terror təşkilatı tərəfindən həyata keçirildiyi məlum olub.