Bakı. Rufiz Hafizoğlu - Trend:
ABŞ Türkiyədəki İncirlik hərbi aviabazasından silah-sursat mobil anbarlarını çıxarıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV hərbi mənbələrə istinadən yazır.
Bildirilir ki, yanvarın 20-dən indiyədək Birləşmiş Ştatlar İncirlikdən ümumilikdə 3 mobil anbarı daşıyıb.
Qeyd edək ki, bundan əvvəl Suriyada "Zeytun budağı" əməliyyatı başlayanadək ABŞ Hərbi Hava Qüvvələrinin İncirlik bazasını tərk etdiyi deyilirdi.