Bakı. Trend:
ABŞ-ın Kentukki ştatında hərbi helikopter qəzaya uğrayıb.
Trend-in məlumatına görə, Fort-Kempbel təlim poliqonunda təlimlər zamanı baş verən qəza nəticəsində 2 nəfər həlak olub.
Qəzaya uğrayan "АН-64E Apache" helikopteri 101-ci hava-desant diviziyasının quru qüvvələrinə məxsus olub. Qəzanın səbəbi məlum deyil.