Bakı. Trend:
Nyu-Yorkda yerləşən "Trump Tower"in 50-ci mərtəbəsində yanğın olub.
Trend-in məlumatına görə, yanğın nəticəsində binada yaşayan bir nəfər həlak olub, 4 yanğınsöndürən isə yüngül xəsarətlər alıblar.
Yanğın xidməti nümayəndələrinin sözlərinə görə, hadisə yerində 200-ə yaxın yanğınsöndürən işləyir. Yanğının səbəbləri hələlik açıqlanmır.