...

Məscid, kilsə, sinaqoq eyni binada tikiləcək - Berlində

Dünya xəbərləri Materials 9 Aprel 2018 07:42 (UTC +04:00)
Berlində özündə eyni zamanda məscid, kilsə və sinaqoqu birləşdirəcək bina tikiləcək.
Məscid, kilsə, sinaqoq eyni binada tikiləcək - Berlində

Bakı. Trend:

Berlində özündə eyni zamanda məscid, kilsə və sinaqoqu birləşdirəcək bina tikiləcək.

Trend-in məlumatına görə, bu barədə "House of One" layihəsinin saytında bildirilir.

Məlumata görə, binanın tikintisinə 2019-cu ildə başlanılacaq və işlər iki il davam edəcək. Layihənin əsas ideyası "müxtəlif dinlərin nümayəndələri arasında fikir və ideyalar mübadiləsi"dir.

Qeyd olunur ki, bir bina olmasına baxmayaraq, tikinti zamanı dinlərin ibadət evlərinin bütün xüsusiyyətləri nəzərə alınacaq. Belə ki, sinaqoq və məscid şərqə doğru istiqamətlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti