...

Lavrov vəzifəsindən gedir? - Açıqlama

Dünya xəbərləri Materials 13 Aprel 2018 14:21 (UTC +04:00)
"Hər hansı nazir dəyişikliyi olarsa, ictimaiyyət bundan dərhal xəbər tutacaq".
Lavrov vəzifəsindən gedir? - Açıqlama

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin nazirlər kabinetində kadr dəyişiklikləri ilə bağlı hələlik heç bir qərar qəbul etməyib.

Trend-in məlumatına görə, bunu prezidentin mətbuat katibi Dmitriy Peskov deyib.

Xarici işlər naziri Sergey Lavrovun vəzifəsindən gedəcəyi ilə bağlı suala cavabında isə mətbuat katibi bildirib ki, bu, fərziyyədir və hər hansı nazir dəyişikliyi olarsa, ictimaiyyət bundan dərhal xəbər tutacaq.

Qeyd edək ki, bəzi KİV-lərdə Sergey Lavrovun vəzifəsindən gedəcəyi ilə bağlı məlumatlar yayılıb.

Qeyd edək ki, bəzi KİV-lərdə Sergey Lavrovun vəzifəsindən getməsi ilə bağlı xəbərlər yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti