Bakı. Trend:
Rusiyanın Voloqodsk vilayətində yük maşını ilə avtobus toqquşub.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, nəqliyyat vasitələrinin toqquşması nəticəsində 13 nəfər həlak olub.
Bildirilir ki, bu məlumat təsdiqlənməyib. Ölkənin Daxili İşlər Nazirliyi 7 nəfərin öldüyü barədə məlumat yayıb.
Voloqodsk vilayətinin hakimiyyəti 14 apreli matəm günü elan edib.