Bakı. Trend:
Kuril adaları sahillərində 5 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların epientri Reydovo kəndindən 272 kilometr aralıda, ocağı isə 114,6 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.