...

PKK Türkiyədə hərbi hissəyə hücum edib: ölənlər var

Dünya xəbərləri Materials 16 Aprel 2018 11:13 (UTC +04:00)
Şırnak vilayətindəki hərbi hissəyə silahlı hücum olub.
PKK Türkiyədə hərbi hissəyə hücum edib: ölənlər var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənub-şərqində, Şırnak vilayətindəki hərbi hissəyə silahlı hücum olub.

Trend-in məlumatına görə, hücum nəticəsində 3 türk hərbçi ölüb, biri yaralanıb.

Hərbi hissəyə hücumun arxasında PKK terror təşkilatının dayandığı bildirilir.

İnsidentdən sonra Türkiyə Silahlı Qüvvələri ərazidə terrorçuların məhv edilməsi üzrə əməliyyata başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti