...

Türkiyə XİN-in əməkdaşlarının 20 faizi işdən qovulub

Dünya xəbərləri Materials 16 Aprel 2018 19:14 (UTC +04:00)
Türkiyə XİN-in əməkdaşlarının 20 faizi işdən qovulub.
Türkiyə XİN-in əməkdaşlarının 20 faizi işdən qovulub

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə hərbi çevrilişə cəhddən sonra FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində Xarici İşlər Nazirliyinin (XİN) 461 əməkdaşı vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir bildirib ki, işdən kənarlaşdırılanların sayı Türkiyə XİN-in əməkdaşlarının təqribən 20 faizini təşkil edir.

M.Çavuşoğlu qeyd edib ki, vəzifəsindən azad edilənlər arasında konsulluqların işçiləri və Türkiyə xarici siyasət idarəsinin müşavirləri də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti