...

Lavrov: Putin Trampla görüşə hazırdır

Dünya xəbərləri Materials 20 Aprel 2018 10:56 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla görüşə hazırdır.
Lavrov: Putin Trampla görüşə hazırdır

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla görüşə hazırdır. Trend-in məlumatına görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

Qeyd edək ki, daha öncə iki lider telefon danışığı zamanı belə bir görüşün mümkünlüyünü bildiriblər. Tramp həmin görüşün Vaşinqtonda baş tutmasının mümkün ola biləcəyini qeyd edib.

Bununla belə nazir əlavə edib ki, Rusiya və ABŞ liderlərinin görüşünə hələ heç bir hazırlıq getmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti