Bakı. Trend:
Kanadanın Toronto şəhərində mikroavtobusu insanların üzərinə sürən şəxsin kimliyi müəyyənləşib.
Trend-in məlumatına görə, mikroavtobusu idarə edən Alek Minassiyan olub. O, daha əvvəl polisdə qeydiyyatda olmayıb. Onun mikroavtobusu insanların üzərinə sürməsinin səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, ötən gün Kanadanın Toronto şəhərində mikroavtobus insanların üzərinə sürülüb. Hadisə nəticəsində 10 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.