Bakı. Trend:
Ermənistanda "Daşnaksütyun" partiyası "Respublika" partiyası ilə birgə daxil olduğu hakim koalisiyadan çıxdığını bəyan edib.
Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, partiyanın inqilab federasiyası bildirib ki, yeni hökumətin ilk işi gərginliyi azaltmaq olmalı, eyni zamanda parlamentə növbədənkənar seçkilərin keçirilməsi üçün şərait yaratmalıdır.
"Daşnaksütyun" fraksiyası parlamentdə 105 yerdən 7-nə malikdir. Baş nazirin seçilməsi üçün 53 deputatın səsi lazımdır. Hazırda müxalifət ("Yelk", "Tsarukyan bloku" və "Daşnaksütyun" hərəkatı) parlamentdə 47 səsə malikdir.