Bakı. Trend:
Yerevan şəhər administrasiyası binasının qarşısında aksiya keçirilir.
Trend-in məlumatına görə, aksiya iştirakçıları paytaxt meri Taron Marqaryanın istefasını tələb edirlər.
Etirazçılar meri qeyri-səmərəli fəaliyyətdə və vətəndaşlar qarşısında hesabat verməməkdə ittiham edirlər.
Qeyd edək ki, Yerevan meri, Respublika Partiyasının üzvü T.Marqaryan 2011-ci ildən bu postda çalışır.