...

Türkiyədə ağır yol qəzası baş verib: 4 ölü, 22 yaralı

Dünya xəbərləri Materials 12 May 2018 21:15 (UTC +04:00)
Türkiyənin Ardahan əyalətində sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib
Türkiyədə ağır yol qəzası baş verib: 4 ölü, 22 yaralı

Bakı. Trend:

Türkiyənin Ardahan əyalətində sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 4 nəfər həlak olub, 22 nəfər isə xəsarət alıb. Yaralananlardan 5-nin vəziyyəti ağırdır.

Məlumata əsasən, qəza Çıldır və Aktaş şəhərləri arasındadı avtomobil yolunda baş verib. Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti