Bakı. Trend:
Hindistanda şimşək, leysan yağışları və güclü külək nəticəsində 30-dan artıq insan həlak olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ölümlər Şərqi Benqaliya, Andxra-Pradeş, Telinqana ştatlarında, Deli şəhərində qeydə alınıb.
Qeyd edək ki, daha əvvəl KİV-lər Uttar-Pradeş ştatında 9 nəfərin öldüyü və 28 nəfərin xəsarət aldığı bildirilirdi.