...

Gürcüstanda 400 nikah birdən bağlanacaq

Dünya xəbərləri Materials 14 May 2018 15:02 (UTC +04:00)

Bakı. Trend:

Mayın 17-də Gürcüstanda kütləvi nikah bağlama mərasimi keçiriləcək. Trend-in məlumatına görə, mərasim Gürcüstanın katolikos-patriarxı II İlyanın xeyr-duası ilə baş tutacaq.

Qeyd edək ki, Gürcüstanda artıq ikinci dəfədir ki, kütləvi nikah bağlama mərasimi keçirilir. İlk belə mərasim ötən il baş tutmuş və həmin vaxt bir necə yüz nəfərin nikahı bağlanmışdı.

Nikaha daxil olmaq istəyənlər arasında yaşlı insanların çoxluq təşkil etdiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti