Bakı. Trend:
Fransanın Marsel şəhərində Sen-Şarl dəmiryolu vağzalı təxliyə edilib.
Trend-in "Provence"yə istinadən verdiyi məlumata görə, təxliyəyə səbəb vağzalda şübhəli şəxsin saxlanılması olub.
Məlumata əsasən, vağzalda əlində şübhəli çanta olan şəxs saxlanılıb. Saxlanılarkən o sənədlərini təqdim etməkdən imtina edib və bildirib ki, çantasında partlayıxı qurğu yoxdur.
Hazırda istehkamçılar çantanı yoxlayırlar, qatarların həkəti bir müddətlik dayandırılıb.