Bakı. Trend:
ABŞ-ın Şimali Karolina ştatının Bessemer şəhərində minik avtomobili restoranın binasına çırpılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, avtomobilin restoranın binasına çırpılması nəticəsində 2 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Məlumata əsasən, ölənlərdən biri şəhərin şerifinin köməkçisi olub. Avtomobili idarə edən köməkçinin atası olub.
Bildirilir ki, avtomobili idarə edən şəxs nəqliyyat vasitəsini restoranın binasına qəsdən sürüb. Sürücü polislər tərəfindən saxlanılıb.