...

Rusiyada YENİ PUL - plastik əskinaslar təqdim olundu

Dünya xəbərləri Materials 22 May 2018 14:12 (UTC +04:00)
Rusiya Mərkəzi Bankı futbol üzrə dünya çempionatına həsr olunmuş plastik xatirə əskinasını təqdim edib.
Rusiyada YENİ PUL - plastik əskinaslar təqdim olundu

Bakı. Trend:

Rusiya Mərkəzi Bankı futbol üzrə dünya çempionatına həsr olunmuş plastik xatirə əskinasını təqdim edib.

Trend-in məlumatına görə, əskinas 100 rubl dəyərindədir.

Bu əskinaslar 20 milyon tirajla buraxılacaq və iyunun sonunadək Rusiyanın bütün regionlarına göndəriləcək.

Plastik əskinasları kredit təşkilatları müştərilərə təqdim edəcək.

Qeyd edək ki, 2018-ci il dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti