Bakı. Trend:
Tayvan sahillərində 4,9 bal gücündə zəlzələ baş verib.
Trend-in Çinin Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 09:03-də Taydun şəhəri yaxınlığında qeydə alınıb. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.