Bakı. Trend:
Tunisin cənub-şərq sahilində miqrantları daşıyan gəmi batıb.
Trend-in "Xinhua"ya istinadən veridyi məlumata görə, gəminin batması nəticəsində 58 qeyri-leqal miqrant həlak olub, 68 miqrant isə xilas edilib.
Məlumata əsasən, həlak olanlar arasında 31 Tunis vətəndaşı və 22 xarici vətəndaş olub. Digər həlak olanların kimliyi hələlik məlum deyil.