Bakı. Trend:
Cənubi Koreyanın paytaxtı Seulda naməlum şəxs avtomobillə ABŞ səfirliyinə daxil olmağa çalışıb.
Trend-in məlumatına görə, avtomobil qəfil dönərək səfirliyin darvazasının qarşısında maneələrə çırpılıb.
Polis əməkdaşları sükan arxasında olan 48 yaşlı şəxsi saxlayıb. Qeyd olunur ki, o, avtomobildən çıxaraq “Help me” (Mənə kömək edin) deyə qışqırıb. Daha sonra o, polisə bildirib ki, ABŞ-a miqrasiya etmək istəyir.
Hadisə zamanı avtomobildə daha bir qadın olub. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.