Bakı. Trend:
Qvatemalada Fueqo vulkanı yeidən aktivləşib.
Trend-in məlumatına görə, bu barədə Mərkəzi Amerika ölkəsinin Milli Seysmologiya İnstitutu bildirib.
Bildirilir ki, vulkanın kraterində səhər saatlarından partlayışlar baş verir, qaz və kül 5 kilometr hündürlüyə qədər qalxır. Vulkanın mərkəzində baş verən partlayışlar 15-25 kilometr məsafədən eşidilir.
Qeyd edək ki, iyunun 3-ü Fueqo vulkanının püskürməsi nəticəsində Qvatemalada 117 nəfər həlak olub, 57 nəfər yaralanıb, 197 nəfər isə itkin düşmüş sayılır. Vulkanın püskürməsi ilə əlaqədar 12,4 min insan təxliyə edilib, 4,2 min insan müvvəqəti sığınacaqlarda qalır.