Bakı. Trend:
Meksikanın Akapulko şəhərində gün ərzində 6 qətl hadisəsi baş verib.
Trend-in məlumatına görə, qətlə yetirilən 6 nəfərin arasında Meksikanın hakim İstitut İnqilab Partiyasının komissarı da olub. Onun cəsədi La-Sabanda aşkar edilib.
Bütün qətlə yetirilənlərin cəsədləri şəhərin fərqli yerlərində aşkar edilib.
Qeyd edək ki, Herrero Meksikanın ən təhlükəli ştatlarından biri sayılır. Bu ştatda ABŞ-a narkotik satışı üzərində nəzarət uğrunda silahlı qruplaşmalar mübarizə aparırlar.