...

Meksikada yol qəzası zamanı 7 adam öldü

Dünya xəbərləri Materials 17 İyun 2018 04:58 (UTC +04:00)
Şənbə günü Meksikanın Xalisko əyalətində sərnişin avtobusu ilə qəza nəticəsində ən az 7 nəfər ölüb, 28 nəfər yaralanıb.
Meksikada yol qəzası zamanı 7 adam öldü

Bakı. Trend:

Şənbə günü Meksikanın Xalisko əyalətində sərnişin avtobusu ilə qəza nəticəsində ən az 7 nəfər ölüb, 28 nəfər yaralanıb.

Dövlət prokurorluğunun məlumatına görə, avtobus sürücüsü idarəetməni itirərək avtomobili su kanalına aşırıb. Hadisə San Martin və El Verde şəhərləri arasındaki avtomobil yolunda baş verib.

Avtobusda təxminən 40 adam olub. Ölənlər arasında iki uşaq var. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti