...

Türkiyə Antarktikada elmi baza yaradacaq

Dünya xəbərləri Materials 18 İyun 2018 11:20 (UTC +04:00)
Türkiyə 2019-cu ildə Antarktikada elmi baza tikməyi planlaşdırır.
Türkiyə Antarktikada elmi baza yaradacaq

Bakı. Trend:

Türkiyə 2019-cu ildə Antarktikada elmi baza tikməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" səhifəsində yazıb.

Dövlət başçısı qeyd edib ki, Antarktikada artıq 30 ölkənin obyekti var. Bundan əvvəl Türkiyənin qütb elmi stansiyası olmayıb, lakin gələn il vəziyyət dəyişəcək:

"2019-cu ildə Anratktikada elmi baza yaradacağıq. Beləliklə, Türkiyə orada elmi stansiyaya malik ölkələrin siyahısına daxil olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti