...

Efiopiyada mitinq zamanı partlayışda yaralananların sayı 156-ya çatıb

Dünya xəbərləri Materials 24 İyun 2018 05:14 (UTC +04:00)
Efiopiyanın paytaxtı Addis-Abebe şəhərindən mitinq zamanı baş verən partlayış nəticəsində bir nəfər həlak olub, 156 nəfər isə xəsarət alıb
Efiopiyada mitinq zamanı partlayışda yaralananların sayı 156-ya çatıb

Bakı. Trend:

Efiopiyanın paytaxtı Addis-Abebe şəhərindən mitinq zamanı baş verən partlayış nəticəsində bir nəfər həlak olub, 156 nəfər isə xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə öz Twitter səhifəsində Efiopiyanın səhiyyə naziri yazıb.

Onun sözlərinə görə, hazırda 50 tibbi müayinədən keçir, 5 nəfər isə artıq keçib. Xəsarət alanlardan 8-nin vəziyyəti ağırdır.

Qeyd edək ki, ötən gün Efiopiyanın paytaxtı Addis-Abebe şəhərində baş nazirində iştirak etdiyi mitinqdə partlayış baş verib. Baş nazir xəsarət almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti