Bakı. Trend:
Yaponiyanın qərbində leysan yağışları və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.
Trend-in məlumatına görə, 47 nəfər itkin düşmüş hesab edilir.
Hadisə bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Əməliyyatlara 48 min hərbçi cəlb olunub.
Ümumilikdə ölkənin 14 prefekturasındda 3 milyondan çox insan təxliyə barədə tövsiyələr alıb.